Dünya ilə inanılmaz bənzərlik

Dünya ilə inanılmaz bənzərlik

Günəşə ən yaxın planetin daxili necədir?


Merkuri planetinin Dünya ilə inanılmaz bənzərliyi ortaya çıxıb. 2011-ci ildə adıçəkilən planetə göndərilən "Messenger" kosmik gəmisinin məlumatlarına əsasən demək olar ki, Merkurinin nüvəsi ilə planetimizin nüvəsi bənzərdir.


NASA uzun illər daxili quruluşunu bilmədən planetlərin nüvəsinin necə müəyyən edilə biləcəyini öyrənməyə çalışıb. "Goddard" kosmik mərkəzinin alimləri bu suala cavab tapıblar. Samanyolu qalaktikasında günəşə ən yaxın planet olan Merkurinin dönüş hərəkətlərini müəyyən edərək onun daxili quruluşunu da öyrənmək mümkün olub.


"Merkurinin nüvəsi bizim planetinkindən daha sürətlə soyuyub. Bu isə bizim nüvənin soyumasının maqnetik sahəyə necə təsir edəcəyini müəyyən etməyə imkan yarada bilər", deyə elm adamları bildiriblər.


Xatırladaq ki, "Messenger" 2011-ci ilin martında Merkuriyə yaxınlaşıb. O, 2015-ci ildə səma cismi ilə toqquşana qədər fəaliyyət göstərib.