Dünya modasında şok FOTOLAR

Dünya modasında şok FOTOLAR

Britaniyanın ən məşhur moda ekspertlərindən və tənqidçilərindən biri Sara Uayn Londonda keçirilmiş "London Fashion Week"də nümayiş olunmuş kolleksiyaları "moda həftəsində ən böyük şok" (Biggest shock of fashion week) adlandırıb.

SİA Daily Mail-ə istinadən bildirir ki, Ueynin fikrincə, Londondakı moda şousundakı kolleksiyalarda ilk dəfə olaraq adi, sıravi, normal insanların tələbatları, mümkün istəkləri və arzuları nəzərə alıb.

"İlk dəfə anladım ki, moda mənim kimi 40 yaşlı qadınlara arxa çevirmir, adi insanları düşünməyə başlayır", - Uayn bildirib.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər
"İki sahil" qəzetinin Neftçilər Gününə həsr olunmuş Xüsusi buraxılışı

"İki sahil" qəzetinin Neftçilər Gününə həsr olunmuş Xüsusi buraxılışı

21-09-2015 17:14 - Sia.az - İqtisadiyyat
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Ömrümüzə yazılan gün", iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun ""Əsrin müqaviləsi"ndən ötən hər il Azərbaycanın neft-qaz sənayesində böyük təntənə ilə qeyd edilir", sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun "Sərmayələrdən səmərli istifadə SOCAR-ın beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirir", emal üzrə vitse-prezident David Məmmədovun "Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz emalı və neft-kimya sənayesinin uğurları", vitse-prezident Mikayıl İsmayılovun ""Əsrin müqaviləsi" xalqımızın sosial rifahının təminatçısıdır", sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun "Neftçilərin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdəndir", kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun "SOCAR-da beynəlxalq standartlara uyğun yeniliklər tətbiq olunur", neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun ""Əsrin müqaviləsi"ndən ötən dövrdə neft-qaz hasilatının həcmi artıb, ixrac imkanları daha da genişlənib", ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin "SOCAR-ın il ərzində neft-qaz sənayesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti", strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun "SOCAR: Strateji məqsədimiz dövlətin güclənməsi və xalqın rifahıdır", Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin "Neftçilərin səmərəli istirahəti, sosial müdafiəsinin təşkili başlıca məqsədimizdir", "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun "Neft və qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir", "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin ""Azəriqaz" İB neftçilərin peşə bayramı gününü böyük nailiyyətlə qarşılayır", "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevin "Azərikimya"da yeni layihələrin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir", Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin "Yeni quyuların qazılmasında ən müasir texniki və texnoloji yeniliklərdən istifadə edilir", "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasovun "Neftqaztikinti" Tresti 2015-ci ilin I yarımilliyini yüksək istehsal göstəriciləri ilə başa vurub", Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun "Ümummilli lider Heydər Əliyev zavodumuzun inkişaf tarixinin müəllifidir", Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin "Geofizika və Geologiya İdarəsinin uğurları", Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin "Sərmayələr İdarəsi "Əsrin müqaviləsi"nin qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirir", Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun "Neftin emal və ixraca nəqli yüksək səviyyədə və təhlükəsiz şəkildə təmin edilir", Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin "Neft və qaz sənayesinin inkişafı Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin fəaliyyət kursunu müəyyənləşdirən başlıca amillərdir", "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun ""Neftqazelmitədqiqatlayihə" İnstitutu ölkə neftçilərinin peşə bayramı ərəfəsində", Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun "SOCAR-ın struktur bölmələrinə beynəlxalq standartlara uyğun nəqliyyat xidməti göstərilir", "Qaz İxrac" İdarəsinin rəisi Qağaməli Seyfullayevin "Təbii qaz həcmlərinin səmərəli idarə edilməsi nailiyyətlərin əsasıdır", İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir", Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin "Əsrin müqaviləsi" iqtisadi yüksəlişin başlanğıcı", Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin "Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir", Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun "İdarəmiz sosial yönümlü Dövlət Proqramlarının icrasında fəal iştirak edir", Ekologiya İdarəsinin rəisi Azər Əliyevin "Neft strategiyasının icrasında ətraf mühitin mühafizəsi prioritet məsələdir", Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun "Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi verilən tapşırıqları layiqincə yerinə yetirir", Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayevin "Yeni neft-qaz strategiyası gələcəyə böyük inam yaradır", Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi Pənah Həsənovun "Dalğıc işi böyük məsuliyyət tələb edir", Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun "İşlər müasir tələblərə və beynəlxalq standartlara uyğun qurulur", "Neftçi İdman Klubu" İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun "İlk Avropa Oyunlarında böyuk qələbəyə imza atdıq" və "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadənin "Azərbaycanın iqtisadi və siyasi inkişafı "Əsrin müqaviləsi"ndən başlanmışdır" məqalələrində "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar, onların fonunda qeyri-neft sektorunun inkişafına yönələn addımlar geniş şəkildə təhlil edilir.