Dünya pop musiqisinin əfsanəsi Bakıda möhtəşəm konsert verdi - Foto

Dünya pop musiqisinin əfsanəsi Bakıda möhtəşəm konsert verdi - Foto

Dünya şöhrətli musiqiçi Tomas Anders Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Dünən Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti baş tutub.

Tamaşaçıları "Salam, Bakı", - deyə salamlayan Tomas Anders bu şəhərdə 13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd edib.

İfaçı konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib. (Publika.az)

loading...

Mədəniyyət xəbərləri
Pia.az digər xəbərlər