Dünya ulduzu Bakıya gələsi olmadı

Dünya ulduzu Bakıya gələsi olmadı

Dünyaca məşhur müğənni Sem Smit Azərbaycana gəlməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Formula 1” Azərbaycan Qran Prisinin rəsmi instaqram səhifəsində məlumat verilib.

Bildirilib ki, sənətçinin Cənubi Afrika konsert turu uzun çəkib və həkimlər ona çıxışlarına fasilə verməsi barədə tövsiyə edib. Bu səbəbdən ifaçının şənbə günü baş tutan konserti ləğv edilib.

Açar sözlər
Azərbaycan
Mədəniyyət xəbərləri
Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

24-04-2019 11:33 - Lent.az - Mədəniyyət
Aprelin 28-də keçiriləcək imtahanlar aşağıdakılardır: – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; –xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Qafqazinfo.az digər xəbərlər