Dünyada ən güclü smartfon buraxılıb

Dünyada ən güclü smartfon buraxılıb

Çində qabaqcıl "Qualcomm Snapdragon 855" prosessoru, 6/8/12 giqabayt operativ yaddaş və dörd moduldan ibarət əsas kamera ilə təchiz edilən "Lenovo Z6 Pro" smartfonunun təqdimatı keçirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, məlumata görə, fotoçəkiliş zamanı kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edir, video rejimində isə bu göstərici "4K" formatına çatır. Damcıvarı şəkildə (yeni bazar standartı) quraşdırılan ön kamera 32 meqapiksel təsvir ölçüsünə malikdir.

Bildirilir ki, 6,39 düym diaqonallı "AMOLED" ekran 2340x1080 piksel (FullHD ) təsvir ölçüsünü dəstəkləyir və nəm barmaqları da tanıyan quraşdırılmış daktiloskopik skaner ilə təchiz olunub.

"ZUI 11" proqram təminatlı "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Lenovo Z6 Pro" modelinin quraşdırılmış yaddaş tutumu 128, 256 və 512 giqabayt təşkil edə bilər. Dörd min milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurmanı dəstəkləyir.

Satışına aprelin 29-dan etibarən başlanacaq "Lenovo Z6 Pro" smartfonunun 6/128 yaddaş tutumlu versiyasının qiyməti 2899 yuan (təxminən 431,55 dollar) təşkil edəcək. 8/128, 8/256 və 12/512 giqabaytlıq versiyaların qiyməti isə müvafiq olaraq 446, 565 və 743 dollara bərabər olacaq.

Nizam Nuriyev

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elektron Xəbər Xidməti , Çin
İKT xəbərləri
Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

24-04-2019 00:52 - Yenisabah.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Yeni Sabah"a  verilən məlumata görə, nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub. Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir. Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur. 1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir.
Metbuat.az digər xəbərlər