Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - QORXUNC STATİSTİKA

Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu  - QORXUNC STATİSTİKA

Moderator.az BBC-yə istinadən xəbər verir ki, BMT-nin məlumatlarına görə 2018-ci ilin sonunda yaşı 65-i ötmüş insanların sayı 5 yaşından az olanların sayını keçib.


Məlumatda qeyd olunur ki, bəşəriyyətin tarixində ilk dəfədir ki, dünyada qocaların sayı uşaqların sayından çox olub.


Hazırda dünyada təxminən 705 milyon insanın yaşı 65-dən yuxarıdır və 5 yaşından aşağı olanların sayı, təxminən 680 milyon nəfərdir.


Mövcud tendensiyalar göstərir ki, 2050-ci ilə qədər bu fərq daha da artacaq – hər beş yaşdan kiçik uşağa, iki 65 yaşdan yuxarı olan insan düşəcək.


Demoqrafçılar bu tendensiyanı uzun müddətdir ki, aşkar ediblər və izləyirlər: bir çox ölkələrdə insanlar daha uzun yaşayır və daha az uşaqlar var.


Aşağıda bəzi ölkələrdə yaşı 65-dən yuxarı olanların sayının ümumi əhalinin neçə faiz təşkil etdiyini əks etdirən cədvəli təqdim edirik:

Yaponiya 27%

İtaliya 23%

Avropa Birliyi 19,7%

ABŞ 15,4%

Rusiya 14,1%

Çin 10,6%

Braziliya 8,5%

Türkiyə 8,15%

Hindistan 5,9%

İran 5,4%

Yaxın Şərq / Şimali Afrika/ 4,9%


Azərbaycanda 5 yaşlı uşaqların sayı yaşı 65-dən yuxarı olanlardan bir qədər çoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, uşaq ölümünün faizi də ölkəmizdə yüksək faizlərlə hesablanır.

Açar sözlər
Avropa Birliyi , Bmt , Türkiyə , Azərbaycan , Italiya , Iran , Hindistan , Abş , Rusiya , Yaponiya , Çin , Braziliya
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər