Dünyada ilk istilik batareyası təqdim edilib

Dünyada ilk istilik batareyası  təqdim edilib

Avstraliyalı startapçılar dünyada ilk işlək istilik batareyası hazırlayıblar. Batareyanın istismar müddəti 20 ildir və litium-ion batareyaları ilə müqayisədə 6 dəfə daha çox enerji saxlaya bilər, həmçinin 60-80 faiz ucuzdur.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, "TED" (Thermal Energy Device) – bu, istənilən növ elektrik enerjisini (günəş, külək, qalıq və bilavasitə şəbəkədən alınan) birləşdirə bilən modulyar enerji toplayıcısıdır və onu xüsusi izolyasiyalı kamerada silisiumun qızdırılması və əridilməsi üçün istifadə edir. Standart TED batareyası özündə 1,2 meqavat-saat enerji saxlayır və asanlıqla 6 metrlik konteynerə yerləşir.

İstehsalçıların məlumatına görə, yeni həll qurğuşun-turşu batareyası ilə müqayisədə 12 dəfə, litium-ion batareyaları ilə müqayisədə isə bir neçə dəfə çox enerji saxlaya bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Avstraliya Xəbərləri Class , Avstraliya
İKT xəbərləri
Metbuat.az digər xəbərlər