​Dünyada ilk: Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır

​Dünyada ilk: Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır

Yaponiyanın "Toyota Motor Corp.” şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.
Muxalifet.az Reuters agentliyinə istinadla xəbər verir ki, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü – elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş "Corolla” modelini hazırladığını bildirib. "Toyota”nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən "General Motors” və "Volkswagen AG” isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər.
"Toyota”nın bu planı San-Pauloda keçirilən mətbuat konfransında elan edilib. Şirkət Braziliyanın bu ştatında 254 milyon dollar başa gələcək daha bir zavod tikəcəyini də açıqlayıb.

İqtisadiyyat xəbərləri
Muxalifet.az digər xəbərlər