Dünyada qadınların sayı kişilərdən azdır: 23 milyon çatışmır

Dünyada qadınların sayı kişilərdən azdır: 23 milyon çatışmır
Dünyada kişilərlə müqayisədə təxminən 23 milyon qadın çatışmır. ABŞ-ın Milli Elmlər Akademiyasının araşdırmaçıları belə nəticəyə gəlib.

Bizimyol.info xəbər verir ki, amerikalı araşdırmaçılar bir sıra ölkələri ayrı-ayrılıqda da araşdırıblar. Məlum olub ki, ən çox qadın çatışmazlığı on ölkədədir. Bu siyahıda birinci və ikinci yerlərdə Hindistanla Çindir. Kişilərlə müqayisədə Hindistanda 10, Çində isə 12 milyon qadının az olduğu bildirilir.

Tac Mahal, Hindistan | Foto: Pixabay.com

Bu ölkələrdə doğumun səviyyəsi çox yüksək olduğundan hökumətlər əhalinin sürətli artımının qarşısını almaq üçün bir sıra tədbirlər görüblər – dünyaya gətirilən övladların sayına məhdudiyyət qoyulub. Bu cür demoqrafik siyasət də cins nisbətində tarazlığın pozulmasına gətirib çıxarıb.

Bu ölkələrdə ailələrin çoxu oğlan uşağı dünyaya gətirməyə üstünlük verir. Bu da selektiv abortların (hamiləlik dövründə uşağın cinsinə görə abort) geniş yayılmasına gətirib çıxarıb.

Beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan da selektiv abortların geniş yayıldığı ölkələrdəndir. Burada hər yeni doğulan 114 oğlan uşağına 100 qız düşür.

Siyasət xəbərləri
Bizimyol.info digər xəbərlər