“Dünyagörüşünün məhdudluğu turizm mərkəzləri haqqında yanlış təsəvvür formalaşmasına səbəb olub”

“Dünyagörüşünün məhdudluğu turizm mərkəzləri haqqında yanlış təsəvvür formalaşmasına səbəb olub”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib

“Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanarın bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar"

“Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədənyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylıı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir. Bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər”.

“Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanarın bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar. Görünür, dünya görüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub” deyə, Prezidnetin köməkşisi açıqlamasında vurğulayıb.

Ə. Həsənov qeyd edib ki, yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur: “Bu üsulla populyarlıq qazanmaq istəyənlər isə ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Onlar bu həqiqəti nə qədər tez başa düşsələr, bir o qədər həm özləri, həm də ətrafları üçün yaxşı olar”.(ONA)

pia.az