Dünyanı Hind okeanı xilas edəcək - PREZİDENT 124 METR DƏRİNLİKDƏN ÇAĞIRIŞ ETDİ

Dünyanı Hind okeanı xilas edəcək - PREZİDENT 124 METR DƏRİNLİKDƏN ÇAĞIRIŞ ETDİ

Seyşel Adaları respublikasının prezidenti Hind okeanının dərinliyinə enərək dünya okeanını qorumağa çağırış edib.

Danny Faure suyun altında 124 metr dərinlikdən yayımlanan çıxışı zamanı deyib ki, dünya okeanının saflığı "bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir".

O, okeanın dərinliklərini kəşf edən bir İngilis liderlik ekspedisiyasına qatıldı.

Seyşel prezidenti okean dərinliyini öyrənmək məqsədiylə Britaniyanın təşkil etdiyi sualtı ekspedisiyaya qoşulub.

Ekspedisiyanın məqsədi Seyşel adalarını əhatə edən suları yoxlamaq və öyrənməkdir.

Canlı yayımda çıxışı zamanı Danny Faure deyib ki, "planetimizin döyünən mavi ürəyi" olan okean görünməmiş təhlükə altındadır.

Seyşel adalarından sonra sualtı elmi ekspedisiyanın Hind okeanının digər hissələrində də keçiriləcəyi nəzərdə tutulur.

2018-ci ilin fevralında Seyşel Adaları Respublikası dövlət borcunun bir hissəsinin silinməsi müqabilində sahilyanı sularının 210000 kvadrat kilometr sahəsini qorunan zona elan edib.

Həmin zonalarda turizm və balıqçılıq fəaliyyəti məhdudlaşdırılır.

Seyşel Adalarının dövlət borcunun bir hissəsinin silinməsi müqabilində okeanın müəyyən hissəsinin qoruq elan etməsi dünya praktikasında ilk dəfədir ki, tətbiq olunub.

BMT-yə görə, milli yurisdiksiyalara aid olan dəniz sularının yalnız 16 faizi qorunan zona statusuna malikdir.

Seyşel Adaları 2020-ci ilədək ərazi sularının 30 faizini qorunan zona elan etməyi qarşısına məqsəd qoyub.

Siyasət xəbərləri
Ərdoğan Ermənistana xəbərdarlıq etdi - VİDEO

Ərdoğan Ermənistana xəbərdarlıq etdi - VİDEO

15-04-2019 21:28 - Baku.ws - Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin bağlanış mərasimində çıxış edib. Sonra Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə mətbuat konfransı keçiriblər. Baş katib İstanbul Sammitinin nəticələri, İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyət istiqamətləri, təşkilatın qarşıya qoyduğu vəzifələrdən danışıb. Sammitin nəticələrini yüksək qiymətləndirən Ərdoğan İƏT-in strukturunda təkmilləşdirmə işlərinin aparılmasının təşkilatın gələcək fəaliyyəti üçün önəm daşıdığını söyləyib. Sammitdə müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb. Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir. İƏT-in XIII zirvə toplantısının yekun kommünikesində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrini həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb. Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: "Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir.
Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

15-04-2019 17:53 - Unikal.org - Siyasət
Müəyyən edilir ki, fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
Muxalifet.az digər xəbərlər