Dünyanın “ən kasıb prezidenti” də separatçı erməni rejiminə qahmar çıxdı...-FOTO

Dünyanın “ən kasıb prezidenti” də separatçı erməni rejiminə qahmar çıxdı...-FOTO

Bəs bizim “ən kasıb” milyarderlərimizdən biri niyə indiyədək onunla görüşüb ələ almırdı?..

Ötən illər kasıblığı, sadəliyi ilə Azərbaycan mediasının da nümunə çəkdiyi Uruqvayın sabiq prezidenti Xose Muxika Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər naziri” hesab olunan Masis Mailyan ad-soyadlı adamabənzər məxluqu qəbul edib.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, görüş M.Mailyanın terrorçu “Daşnaksütyun” partiyasının Uruqvay bölməsinin dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində baş tutub. Söhbət zamanı X.Muxika Uruqvayla erməni xalqı arasındakı əlaqələrdən danışıb, hətta “Artsax”ın “beynəlxalq səviyyədə “müstəqil dövlət” kimi tanınması” məsələsinə toxunub. Görüşdə “Daşnaksütyun” rəhbərlərin ilə yanaşı, separatçı rejimin ABŞ-dakı “nümayəndəsi” Robert Avetisyan və Sosialist İnternasionalının vitse-prezidenti Mario Nalbandyan da iştirak edib.


İşğalçı, separatçı ermənilərlə faktiki müttəfiqliyi qəbul edən “dünyanın ən kasıb prezidenti” kimi təbliğ olunan Xose Muxika haqqında “Vikipediya”dakı qısa məlumatı nəzərinizə çatdırırıq(sən demə, bunun özü də terrorçu olub):


“Xose Muxika 1960-1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər.


Xose prezident olmasına baxmayaraq yalnız 2010-cu ildə maşın sahibi olub. Bu, 1987-ci il istehsalı olan, qiyməti 1810 dollarlıq “Wolksvagen” idi. Hal-hazırda o, dünyada ən kasıb prezident sayılır”.


P.S. Bəs görəsən, indiyədək bizim “ən kasıb” milyarderlərimizdən biri niyə bu “ən kasıb prezident”lə görüşüb onu ələ almırdı ki, bu gün də o, ermənilərin sözünü deməyə? Əşşi, bizimkilərin kasıb-kusubla nə işi var e?..



Sultan Laçın


Açar sözlər
Mario Nalbandyan , Robert Avetisyan , Sultan Laçın , Xose Muxika , Vikipediya , Azərbaycan , Uruqvay
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər