Dünyanın ən kiçik ordusu əsgər tapmır

Dünyanın ən kiçik ordusu əsgər tapmır

Papanı qorumalı olan "İsveçrəli mühafizəçilər"ə yeni üzv tapılmır.

Faktor.az xəbər verir ki, bu barədə açıqlama verən 110 nəfərlik ordunun başçısı polkovnik Graf bunun böyük bir çətinlik yaratdığını deyib.

Belə ki, Graf mühafizəçilərin sayını 135-ə çatdırmaq istədiklərini bildirib. Ancaq bu vəzifədə işləmək istəyənləri tapmaq çox çətindir.

Səbəblərdən birinin İsveçrə iqtisadiyyatının çox inkişaf etməsi olduğunu deyən Graf işsizliyin yox dərəcəsində olduğunu bildirib:

"İsveçrədə maaşlar isə çox yüksəkdir. Gənc oğlanlar oradakı yüksək maaşı qoyub 1500 avroya mühafizəçi işləmək istəmir. Böyük bir qismi 26 ay xidmət edəndən sonra ölkəsinə geri qayıdır. Digər səbəb isə katolik kilsəsindəki "pedofil" və "sui-istifadə" halları kimi skandallardır. Bu hadisələrdən sonra İsveçrədəki katoliklərin çoxunun inancı azalıb. Dolayısı ilə inanclı, ibadətlərini yerinə yetirən əsgər tapmaq çətinləşib. Səbəblərdən biri isə İsveçrədə doğum sayının azalmasıdır. Keçən il orduya qatılan mühafizəçilərin sayı 32, ondan əvvəlki il isə 40 olub".

Qeyd edək ki, "Papanın qoruyucu mələkləri" adlanan bu mühafizəçilər ordusunun 513 il tarixi var. Dünən isə daha 23 nəfər isveçrəli bu orduya qatılıb.

Bu orduda əsgər olmaq üçün İseveçrə vətəndaşı olmalı, öz ölkəsində əsgərliyini başa vurmalı, yaşı 19-30 yaş arası, boyu ən azı 1.74 sm olmalı və ibadət edən katolik olmalıdır.

26 ay xidmət dövrünü başa vurandan sonra əsgərlər uzun müddət bu vəzifədə qala bilər. Ancaq 5 il sonra və azı 25 yaşı tamamlanandan sonra onların evlənmələrinə icazə verilir.(publika.az)

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Mikayıl Cabbarov - Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

Mikayıl Cabbarov - Birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub - VİDEO

08-05-2019 00:30 - Faktor.az - İqtisadiyyat
Həm vergi inzibatçılığında, həm də vergi qanunvericiliyində əsas hədəf mövcud olan vərdişlərdən şəffaf münasibətə, mühasibatlığa, vergi müfəttişliyi ilə vergi ödəyicisi arasında münasibətlərin dəyişməsinə, şəffaflaşmasına, müasir Azərbaycanın vətəndaş-dövlət münasibətinə uyğunlaşmasına keçməkdən ibarət olub.

Bu barədə Azərbaycanın vergilər naziriMikayıl CabbarovİTV-nin “Diqqət mərkəzi” verilişində 2019-cu ilin 4 ayının fiskal göstəriciləri, vergi islahatlarının və qanunvericiliyə edilmiş dəyişikliklərin ilkin nəticələri, dövlət-biznes münasibətləri haqqında müsahibəsində bildirib.

Vergi sahəsində genişmiqyaslı islahatlardan danışan nazir qeyd edib ki, 2018-ci ildən başlayan bu islahatlar dövlət başçısı tərəfindən verilən siyasi çərçivəyə uyğun olaraq həyata keçirilib:

“2019-cu ilin ilkin nəticələri bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minmiş vergi sahəsində dəyişikliklər istədiyimiz nəticələri verməkdədir. Belə ki, xüsusilə qeyri neft sektorunda, həmçinin neft sektorundan ödənilən vergilərin həcmi həm 2018-ci ilin rəqəmləri ilə müqayisədə, həm də plan-proqnozdan yüksək olub”.

Nazirin sözlərinə görə, birinci rübdə vergi plan-proqnozları 10,4% artıq icra olunub:

“Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edib.