Dünyanın ən yaşlı adamı 53 ildir təqaüd alır — FOTO

Dünyanın ən yaşlı adamı 53 ildir təqaüd alır     — FOTO

Dünyada nə vaxtsa hətta 200 ildən çox yaşayan adam olduğunu deyirlər. Amma “Ginnesin rekordlar kitabı” danışılanları fakt saymır. Kitabın versiyasına görə, indi dünyanın ən uzunömürlü adamının 116 yaşı var.

Bizimyol.info xəbər verir ki, “Ginnesin rekordlar kitabı”na görə planetin ən yaşlı adamı Yaponiyada yaşayır. Kane Tanaka 1903-cü il yanvarın 2-də doğulub. Kane ailədə yeddinci uşaq olub. Həmişə riyaziyyatı çox sevib. Kane İkinci dünya müharibəsində ərini və oğlunu itirib. Uzun illər mağazada satıcı işləyib. 63 yaşında təqaüdə çıxıb.


Tanaka 103 yaşı olanda ona xərçəng diaqnozu qoyulub. Amma yaşlı qadın xəstəliyə qalib gəlməyi bacarıb.


Kane hər səhər yuxudan saat 6-da oyanır. Uzunömürlülüyün sirri haqda danışmağı xoşlamır.


“Ginnesin rekordlar kitabı”na görə, dünyanın ən yaşlı adamı fransız Janna Kalman olub. O, 122 il 64 gün yaşayıb. Kalman 1997-ci ildə vəfat edib.


“Ginnesin rekordlar kitabı”ndakı uzunömürlülərin siyahısında ilk 100-lükdəki adamlardan yalnlz 4-ü sağdır. Onlardan 2-si yapondur. İtalyan Mariya-Cuzeppa Robuççi-Narcizonun da martın 20-də 116 yaşı tamam olacaq.

Demokrat.Az

Mədəniyyət xəbərləri
Demokrat.az digər xəbərlər
Azərbaycan əhalisinin yeni siyahısı bu tarixdə açıqlanacaq

Azərbaycan əhalisinin yeni siyahısı bu tarixdə açıqlanacaq

10-03-2019 20:06 - Demokrat.az - Siyasət
Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq. Modern.az xəbər verir ki, siyahıyaalma qrupunun rəhbərinin müavini Azad Abbasəliyev məlumat verib. O qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub: "Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, yəni şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi məqsədilə şəhər və qəsəbə, kənd yaşayış məntəqələri üzrə əhalinin ilkin sayına və binaların (evlərin) sayına dair məlumatların inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri əsasında tərtib ediləcək. "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" fərmanın icrası məqsədilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb. Həmçinin, Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb”. A.Abbasəliyev bildirib ki, xarici təcrübə nəzərə alınaraq siyaıyaalma və srğu vərəqələri hazırlanıb: "Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, BMT-nin Uşaq Fondunun, BMT-nin İnkişaf Proqramının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib və əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.