BALABABA, SEYFƏDDİN və ŞİRİNOV "Üçlüyü"- Azərenerjidə etiraz dalğası yaradır...
30-03-2023 09:43
- Dunyapress.info - İqtisadiyyat
Redaksiyamıza müraciət edən bir qrup işçi hətta imtiyazlı olduğunu bildirərək Qarabağ uğrunda gedən savaşda mənfur ermənilərə qarşı aparılan çoxillik mübarizədə yaxından iştirak edən Adıgözəlov Etibar Abasəli oğlu, Vəkilov Qiyas Həmzə oğlu, və Abdullayev Aqil Cənnət oğlu adlı işçilər şikayətlənərək bildirirlər ki, Mingəçevirdəki Azərbaycan İES- da uzun müddət idi ki, işləyirdik, bizi Azərenerjinin tabeliyində yaradılmış" Enerji serviz təmir sazlama" adlı quruma təyinatla köçürdülər, daha sonra 3ay keçdikdən dərhal sonra bizimlə bağlanmış əmək müqaviləsinin bitdiyini əsas gətirərək bizi burada həmin qurumun Baş mühəndisi kimi Azərbaycan İESdəki yenidənqurma sahəsinə başçılıq edən Şirinov Ramin adlı şəxs 2023-cü ilin fevralın 23-də xəbərdarlıqsız olaraq nahar vaxtı, şifahi şəkildə işdən azad olunduğumuzu bəyan elədi.