Düşmən hərbi təyyarələrinə qarşı keçilməz maneə - R-934UM2 "Sinitsa" (ANALİZ+HƏRBİ EKSPERT)

Düşmən hərbi təyyarələrinə qarşı keçilməz maneə - R-934UM2 "Sinitsa" (ANALİZ+HƏRBİ EKSPERT)

Qeyd edək ki, Rusiyanın Vladimir şəhərində yerləşən "Radiorabitə Konstruktor Bürosu" tərəfindən istehsal edilən R-934 kompleksinin əsas təyinatı düşmən hərbi təyyarələrinə qarşı həm amplitudaya, həm də tezliyə görə modullaşdırılan keçilməz maneələrin yaradılmasından ibarətdir. Tam fəaliyyət göstərən əməliyyat sistemi, düşmən təyyarələri arasında radioəlaqəni təmamilə poza bilir, kəşfiyyat təyyarələrindən məlumat ötürülməsini məhdudlaşdırır və ya raket daşıyıcılarının hədəfə tuşlanması imkanlarının qarşısını alır.

Rəsmi məlumatlara görə, Belarusda R-934UM2 səviyyəsində modernləşdirilən "Sinitsa" radioelektron kəşfiyyat və radioelektron mübarizə kompleksi düşmən aviasiyasının tuşlama sisteminin tam bloklanması, təyyarələrarası koordinasiyanın pozulması, eləcə də kəşfiyyat təyyarəsi tərəfindən məlumatların ötürülməsinin qarşısını almaq üçün də nəzərdə tutulur.

Bu texnika nümunələri radiosiqnalların şüalanma mənbələrinin işini aşkarlayaraq, onların həm yerdə, həm də havadakı koordinatlarını pelenq vasitəsilə müəyyən edə bilir. Stansiyaların avadanlıqları analoq və rəqəmsal siqnalların növlərini tanıyır və verilən radiotezliklərdə effektiv radioelektron müdaxilə mühiti yaradır.

Stansiya əvvəlcə aviasiya vasitələrinin tuşlama və rabitə sistemlərinin VHF (ultra qısa) dalğalarının istiqamətini, koordinatlarını və radioelektron müdaxilə imkanlarını müəyyənləşdirmək üçün nəzərdə tutulurdu. Təkmilləşdirmə və müasirləşdirmə prosesi nəticəsində həm sabit, həm də mobil yerüstü radiorabitə nöqtələrinə qarşı fəaliyyət imkanları da əldə edildi.

Rəqibin radiostansiyalarının proqramlaşdırılan tezlik tənzimləmə funksiyasına (tezlik sıçrayışlarına) və qısa məlumatların rəqəmsal telekod rejimində ötürülmə qabiliyyətinə malik olması belə stansiya heyətini narahat etmir. "Sinitsa" fəaliyyət radiusu əhatəsində mövcud olan hər bir dalğanı və tezliyi boğmağa qadir stansiyadaır. "Sinitsa"nın sələfi hesab edilən R-934B stansiyası hər iki Çeçen kampaniyası zamanı döyüşlərdə sınaqdan keçirilib.

Stansiyanın əsas təyinatı, qısaca olaraq aviasiya üçün maneə yaratmaqdan ibarətdir. Bunlara həm siqnal amplitudasında, həm də tezlikdə modulyasiya olunan səs-küy, impuls, hədəf və dezinformasiya maneələri aiddir.

Normal mülki dilə tərcümə edildikdə, stansiyanın əsas vəzifəsi düşmənin zərbə və ya qırıcı aviasiyasının hədəfə tuşlanmasını əngəlləməkdən ibarət olduğu məlum olur. Stansiyadan öz təyyarələrimizlə və yerüstü idarəetmə məntəqələri ilə rabitə saxlamaq üçün də istifadə edilə bilər.

R-934UM2 kompleksi avtonom rejimdə, vahid komanda məntəqəsinin tərkibində və ya başqa bir stansiya ilə uyğunlaşdırılan ikili rejimdə çalışa bilər.

Avtonom rejimdə stansiya müəyyən bir tezlik diapazonunda radiosiqnal mənbələrini aşkar edir, istiqaməti (pelenqi) tapır və onları avtomatik olaraq təhlil edir. Avtonom rejim daha effektivdir, çünki döyüş fəaliyyətində yalnız bir stansiyadan istifadə edilir və çox qısa bir zamanda mövqedə yerləşdirilə bilir. Öz koordinatlarınızı təyin etməyə, əlaqə yaratma prosedurunu təkrarlamağa və paralel stansiyalarla sinxronizasiyaya ehtiyac yaranmır.

Vahid komanda məntəqəsi ilə fəaliyyət göstərərkən bütün məlumatlar (danışıqlar istisna olmaqla) analiz üçün idarəetmə mərkəzinə göndərilir, bundan sonra hədəflər stansiyalar arasında paylanır.

Başqa bir stansiya ilə uyğunlaşdırılan ikili rejimdə cəbhənin 10 km-ə qədər ərazisinə yayılan iki stansiya paralel fəaliyyət göstərir. Bu halda, onlar radiorele kanalı vasitəsi ilə informasiya mübadiləsi aparırlar. Heyətlər tərəfindən müəyyən edilən pelenqlər əsasında, təzyiq obyektinin koordinatları müəyyən edilir.

Nəzarət olunan sabit tezliklərin siqnalları efirdə görünən kimi, stansiyanın dinamiklərində də eşidilir. Zəruri hallarda, səsli məlumatlar daxili elektron yaddaşa da qeyd edilə bilər. Dinləmə və qeydiyyat üçün siqnallar həm mexaniki, həm də avtomatik olaraq seçilə bilir. Məlumat analiz edildikdən sonra, basdırılacaq prioritet tezliklərin siyahısı yaradılır. Stansiya komandiri müvafiq icazəni aldıqdan sonra stansiya bu siyahı üzrə radiosiqnal mənbələrinə müdaxilə (basdırma) rejiminə keçir.

Xüsusiyyətləri:
Tezlik diapazonu, MHz:
- qəbuledici: 100-400
- ötürücü: 100-150, 150-220, 220-400
Ötürücünün tezlik addımı: 1.0 kHz
Ötürücü cihazın çıxış gücü: 500Vt-dan az olmamalı
Daşıyıcının dəqiqliyi: ± 4 kHz-dən çox olmamalı
Alıcının həssaslığı:1,5 mkv-dən az olmamalı
Tezlik diapazonunun darama sürəti (pelenqi tapmadan) ən azı 26 GHz/s
Baxış/bastırma bucağı: 360 dərəcə
Fəaliyyət məsafəsi: 250 km-ə qədər.

Stansiyanın 3:1 nisbətində qəbul və ötürmə rejimində 24 saat fasiləsiz çalışması mümkündür. Stansiyanın mövqeyə yerləşdirməsi və döyüş vəziyyətinə gətirilmə müddəti 30 dəqiqədən çox deyil. Təcrübəli heyətə isə daha az zaman tələb olunur.

Stansiya 360 dərəcə diapazonda və bütün fəaliyyət dərinliyinə qədər nüfuz edərək radioelektron müdaxiləni həyata keçirə bilir. "Sinitsa" stansiyasının fəaliyyət məsafəsi digər analoji stansiyalardan geri qalmır.

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.