Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI

ABŞ-lı elm adamları beyini oxuyan və düşüncələri danışığa çevirən bir cihaz inkişaf etdirib. Kaliforniya universitetində araşdırmanı həyata keçirən qrup texnologiyanın həyəcan verici olduğunu deyib.
Moderator.az xəbər verir ki, insanların nitq qabiliyyətini itirdikləri xəstəliklər zamanı istifadə olunmaq üçün hazırlanan cihaz iki mərhələdə işləyir.
İlk mərhələdə beyinin dodaqları, dili, boğaz və çənəni hərəkət etdirən hissəsinə elektrodlar yerləşdirilir. Daha sonra isə beynin bu bölgəsindəki elektrik siqnalları qəbul edilir.
Kompüterə müxtəlif səslər üçün ağızın və boğazın hərəkətləri köçürülür və virtual səs aparatından sintetik nitq eşidilir.
Qeyd edək ki, gələcək zamanlarda heç vaxt danışmayan şəxslərin də bu cür bir cihazla danışmağı öyrənəcəyi güman edilir.
Kamran