DYP Mingəçevirdə reyd keçirib, 70-dən çox sürücü saxlanılıb - FOTO

DYP Mingəçevirdə reyd keçirib, 70-dən çox sürücü saxlanılıb - FOTO

Mingəçevirdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı reyd keçirilib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bu gün Dövlət Yol Polisi əməkdaşları təmiz hava aylığı çərçivəsində Mingəçevirin Heydər Əliyev prospektində həyata keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən 70-dən çox avtomobil sürücüsü saxlanılıb. Onlardan 27-si barəsində müvafiq inzibati protokollar tərtib olunub. Bununla da təmiz hava aylığı çərçivəsində Mingəçevirdə barəsində inzibati protokol tərtib olunan sürücülərin sayı 86 nəfərə çatıb.

Açar sözlər
Heydər Əliyev , Mingəçevir
Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

26-04-2019 12:43 - Panorama.az - Hadisə
V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.
 
 
 Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
 
 
 2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.
Ona.az digər xəbərlər