DYP reyd keçirdi: 300-ə yaxın sürücü saxlanılıb

 DYP reyd keçirdi:  300-ə yaxın sürücü saxlanılıb

DİN Mətbuat Xidmətinin

Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və nəqliyyat vasitələrini texniki cəhətdən nasaz vəziyyətdə idarə edən şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Keçirilən tədbir zamanı 300-ə yaxın sürücü saxlanılıb, avtomobillərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Normadan artıq dəm qazı olan 25 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Bundan əlavə DYP-nin inspektorları sürücülərlə profilaktik söhbətlər apararaq, onlara idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin daima saz vəziyyətdə olmasına diqqət yetirməli və istismar qaydalarına riayət etmələrinin zəruriliyini bildiriblər. Analoji tədbirlər “Təmiz hava” aylığı çərçivəsində digər bölgələrdə də davam etdirilir.

Teqlər: DYP Reyd

Açar sözlər
Dyp , Mətbuat Xidmətinin Quba Regional Qrupu , Dövlət Yol Polisi Bölməsi
Hadisə xəbərləri
Zakir Həsənov texniki-nəzarət mərkəzinin açılışında - Foto

Zakir Həsənov texniki-nəzarət mərkəzinin açılışında - Foto

26-04-2019 09:55 - Milliyol.az - Hadisə


 

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib


 
 
 Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir.
Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.



MilliYol.
Azvision.az digər xəbərlər