Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb –FOTO


Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb –FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.

Mədəniyyət xəbərləri
Strateq.az digər xəbərlər