Əbülfəs Qarayev İsveçrəyə gedib

Əbülfəs Qarayev İsveçrəyə gedib
25 Aprel 2019 [16:32]

Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Cenevrə şəhərində səfərdədir.


Nazirlikdən Mi.az-a verilən məlumata görə, məqsəd YUNESKO və İsveçrənin təşkilatçılığı ilə keçirilən "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.


Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova daxildir.


Ə.Qarayev çıxışı zamanı bildirib ki, Azərbaycan tərəfindən 1954-cü il Haaqa Konvensiyası və onun Birinci Protokolu 1993-cü ildə, İkinci Protokolu isə 2001-ci ildə ratifikasiya edilib.


Nazir Qobustan qayaüstü təsvirləri və İçərişəhərə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna əsasən hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə” statusu verildiyini və Azərbaycan tərəfindən bu abidələrin mühafizəsi ilə əlaqədar və qeyd olunan sənədlərin icrası məqsədilə YUNESKO ilə birgə fəaliyyət aparıldığını, müvafiq ardıcıl tədbirlərin həyata keçirildiyini söyləyib.


O qeyd edib ki, YUNESKO ilə əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu var.


Nazir həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığı barədə konfrans iştirakçılarına məlumat verib.


Ə.Qarayev tədbir çərçivəsində bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Siyasət xəbərləri
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.
Mia.az digər xəbərlər