Qarayev: "Dialoqların hansı formada qurulması müzakirə edilməlidir"

Qarayev: "Dialoqların hansı formada qurulması müzakirə edilməlidir"

Əbülfəs Qarayev V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda çıxış edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 may - Sputnik. "Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır. Biz bu sahədə təşəbbüslərimizi gələcəkdə də davam etdirəcəyik. Qlobal xəzinəyə öz töhfəmizi verib bu dəyişikliyə nail ola bilərik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda çıxışı zamanı bildirib.

Mədəniyyət naziri vurğulayıb ki, mədəni irsin qorunmasına nail olmaq üçün əməkdaşlığı gücləndirmək vacibdir: "XXI əsrdə əvvəlki illərdən fərqli olaraq başqa ölkələrlə ciddi əməkdaşlıq edirik. Düşünürük ki, tərəfdaşlıqlarımız güclənməlidir. İlkin olaraq cəmiyyət və ölkələr arasında dialoqların hansı formada qurulması müzakirə edilməlidir".

Mədəniyyət xəbərləri
Sputnik.az digər xəbərlər