Paytaxtın Nəsimi rayonunda xarici vətəndaşın maşınından pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da əcnəbi vətəndaşın "Mitsubishi" markalı avtomobilindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş M.Şabanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.