AMEA Mərkəzi Elmi Kitabxanasında professor Ədalət Tahirzadə tərəfindən kitabxanaya hədiyyə olunmuş rəqəmsal kolleksiyanın təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, kolleksiyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tələbələri və parlament üzvləri, eləcə də sovet repressiyasına məruz qalmış və güllələnmiş şəxslərin siyahıları, Azərbaycanın müxtəlif bölgələrindən toplanmış nadir kitablar, xarici ölkələrdən əldə edilmiş Azərbaycan dərgiləri, 60.000-dən artıq foto-kolleksiya, Ədalət Tahirzadənin şəxsi kitabxanası, XX əsrin əvvəlinə aid Azərbaycan mətbuatı və e-kitablar, ilk milli dərsliklər, tarixçi alim Nərmin Tahirzadənin sənədləri, Azərbaycanın mədəni-ictimai-siyasi həyatında fəal rol oynamış şəxslər haqqında qısa məlumatlar, kataloq və başqa sənədlər mövcuddur.
Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş bu sənədlər haqqında daha geniş informasiyanı MEK-in yenidən qurulan və yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək saytından əldə etmək mümkündür.
MEK təcrübəsində ilk dəfə olaraq kolleksiyanın təqdimatı - bu isə 413 GB həcmində 130 mindən artıq sənəd təşkil edir - kolleksiya müəllifi tərəfindən həyata keçirilib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.