Əfqanıstan silahlanmasına 7 yeni kəşfiyyat təyyarəsi daxil olacaq – HESABAT

Əfqanıstan silahlanmasına 7 yeni kəşfiyyat təyyarəsi daxil olacaq – HESABAT
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi ölkədə Sülh və Təhlükəsizlik adlı hesabatında məlumat verib.

Məlumata görə, təyyarələrin çatdırılmasının mart ayında başa çatması gözlənilir. Bundan əlavə Əfqan Aviasiya Modernləşdirmə Proqramı çərçivəsində Mi-17 eskadrilyası ABŞ helikopterləri ilə əvəzlənəcək.

Hesabatda Pentaqonun cari il ərzində Əfqanıstana 30 ədəd UH-60 və 5 ədəd təkmilləşdirilmiş MD-530 helikopteri çatdırdığı bildirilib.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər