Əfqanıstanda bir ABŞ əsgəri ölüb


Əfqanıstanda bir ABŞ əsgəri ölüb

Əfqanıstanda bir amerikalı hərbçi həlak olub.

Cebhe.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, hərbçilər əməliyyat həyata keçirərkən həlak olub. Əməliyyatın təfərrüatları barədə hələ məlumat verilmir.

Hadisənin necə baş verməsi barədə əsgərlərin qohumları məlumatlandırılmayana qədər həlak olanın adı açıqlanmayacaq.

Qeyd edək ki, hazırda Əfqanıstanda təqribən 14 min amerikalı hərbçi var.

Cebhe.info


Oxunma sayı: 188