Əfqanıstanda marixuananın becərilməsi qadağan edildi

Əfqanıstanda marixuananın becərilməsi qadağan edildi

Əfqanıstan hakimiyyəti ölkədə sirr (marixuana) yetişdirilməsini qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatının ali lideri Hibətullah Axundzadənin imzaladığı fərmanda deyilir.

Ölkə dünyanın ən böyük tiryək istehsalçısı və ən böyük sirr (marixuana) istehsalçılarından biridir. Üstəlik, Əfqanıstanda sirr istehsalının həcmi ilə bağlı etibarlı statistika yoxdur.

BMT ekspertlərinin fikrincə 2009-cu ildə Əfqanıstanda sirr becərilməsi üçün ayrılmış torpaq sahəsinin 10.000-24.000 hektar arasında olduğu güman edilirdi.

Hüseyn İbadlı

Açar sözlər
Hüseyn Ibadlı , Bmt , Əfqanıstan
Hadisə xəbərləri
Publika.az digər xəbərlər