Əfqanıstanda nazirliyə hücum nəticəsində 10 nəfər həlak olub

Əfqanıstanda nazirliyə hücum nəticəsində 10 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən "Ariana" telekanalı bildirib.

Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər