Əfsanə adam - VİDEO

Əfsanə adam - VİDEO

Bu gün əfsanə adamı itirdik.

Köhnə kişilərin bayramında -9 may Qələbə günündə. Arif Məlikov. Xalq artisti, akademik, böyük bəstəkar.

Onun sənətkarlığından D.Şostakoviç yazırdısa, bizim nəsə yazmağımız artıqdır. Arif Məlikov zamanında qiymətini almış adamdır. Əfsanə adam.

Bilirsiz də əfsanə- epik növün janrıdır və daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri xüsusilə heyvanlar, quşlar güllər, çiçəklər haqqında olur. Məsələn, hüt-hüt quşu haqqında əfsanə, Turaclı əfsənəsi. O qədər əfsanələr danışaram ki sizə. Amma bir əfsanə də var ki, onu bizə ancaq Arif Məlikov danışa bilərdi. Bu, məhəbbət əfsanəsidir. Əgər Hüt-hüt bizi bizə tanıtmışdısa, bu əfsanə bizi dünyaya tanıtdı. –interşum
Məhəbbət əfsanəsi baletindən...

Bəlkə də onun Məhəbbət əfsanəsinin belə uğur qazanmasının səbəbini böyük Nazim Hikmətin pyesinin dərin fəlsəfi məzmununda axtarmaq lazımdır? Zənnimcə bu da var. Amma Arif Məlikov böyüklüyü də bu məhəbbəti sözün əsl mənasında əfsanəyə çevirə bildi.

SSRİ Xalq artisti adını hələ 1986-cı ildə almışdı. Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik idi. Şərəf nişanı ordeni, İstiqlal ordeni, Heydər Əliyev Ordeni, və başlıcası xalqın sevgisini qazana bildi. Baletləri, simfonik əsərləri öz yerində, azı 26 filmə musiqi yazmışdı. Mahnılarını hər kəs sevə sevə dinləyir...

İllər sonra da sizdən canlı əfsanə kimi danışacağıq Arif Məlikov. Məhəbbətlə danışacağıq, əfsanə kimi danışacağıq..

Mədəniyyət xəbərləri
Realtv.az digər xəbərlər