“Əhalinin sayı qədər zibil qutusu qoymuşuq” – Siqaret məsələsinə cavab

“Əhalinin sayı qədər zibil qutusu qoymuşuq” – Siqaret məsələsinə cavab

Azərbaycanda qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, Məcəllənin 212-ci – “Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” maddəsinə 5-ci bənd əlavə edilib.

Əlavə edilən bəndə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Sözügedən dəyişikliklər, cərimələrin tətbiq edilməsi, xüsusilə, Bakı sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Siqaret istifadəçiləri və ekspertlər düşünürlər ki, paytaxt ərazisində siqaret kötüklərinin atılması üçün quraşdırılan konteynerlər və zibil qutuları azdır. Bu səbəbdən, xüsusilə, mərkəzi küçələrdə, nəzarət tətbiq edilən yerlərdə konteynerlərin artırılması təklif olunur.

Moderator.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı "Kommunal Xidmətlər Müəssisəsi" MMC-dən münasibət öyrənib. Müəssisənin şöbə müdiri Heydər Həşimovun sözlərinə görə, mərkəzi, nəzarət olunan küçələrdə yaşayan əhalinin sayı qədər zibil qutuları, konteynerlər quraşdırılıb:

“Vətəndaşların konteynerlərin azlığı barədə narazılığını anlamıram. Milli Məclis siqaretin müəyyən olunan yerlərdə çəkilməsi ilə bağlı qərar qəbul edibsə, buna əməl etmək lazımdır. Vətəndaşlar zibil qutusu olan hissələrdə siqaret çəkməlidir. Hər addım başı konteynerlərin quraşdırılmasını istəyirlərsə, bu mümkün deyil.

Qərarda göstərilən yerlərdə, siqaret çəkilməsinə icazə verilən hissələrdə konteynerlər artırılacaq. Küçənin ortasında hər addım başı zibil qutusu qoyulsa, siqaret çəkilməyə geniş imkan yaradılsa, qərar qəbul etməyin, konkret yerlər müəyyənləşdirməyin nə mənası var?”

Heydər Həşimov qeyd edib ki, şəhərin müəyyən hissələrində konteynerlərin quraşdırılması aidiyyəti, həmin ərazidəki Mənzil İstismar Sahələrinin (JEK) tabeliyindədir.

İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər
Prezident təhsil işçilərini təltif etdi - SİYAHI

Prezident təhsil işçilərini təltif etdi - SİYAHI

04-10-2018 18:58 - Moderator.az - Siyasət
Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:Abasov Məşədi Abas oğluAbdiyev Cəfər Yahya oğluAbdullayeva Səkinə Əli qızıAğayeva Olqa MixaylovnaAxundov Natiq Lyutfiq oğluAllahverdiyev Elçin Həmid oğluAllahverdiyeva Elmira Zərbəli qızıBabayev Abasət Nadir oğluBağırov Arif Rəşid oğluBağırov Hüseynəli Məmmədəli oğluBaxşiyeva Nüşabə Məmməd Tağı qızıBalakişiyev Kamal Babakişi oğluBezraşvard Nigar Ənvər qızıBəşirov Qalib Zakir oğluCavadov Cəmil İsmayıl oğluCavadova Nərgiz Bayram qızıCəfərova Laləzər Kazım qızıƏhmədova Zərxanım Yusif qızıƏliyeva Təranə Əhmədağa qızıƏsədova Gülçöhrə Həbibulla qızıƏskərova Yeganə Nurəddin qızıGözəlova Kamilə Kamal qızıHacıbalayeva Şəhla Baba qızıHacıyeva Pakizə Əsgər qızıHacıyeva Sülhiyyə Əlyar qızıHacıyeva Zərqələm Cümşüd qızıHəmzəyev Firidun Ələsgər oğluHəsənov İlham Musa oğluHəsənova Mədinə Allahverdi qızıHüseynli Şərafət Hüseyn qızıHüseynova Fəridə Ağababa qızıHüseynova Ülkər Həmzə qızıXasməmmədova Tahirə Oruc qızıXəlilova Afət Mürşüd qızıİbrahimova İradə Hacı qızıİbrahimova Sevil Fərrux qızıİsmayılova Nadejda Astan qızıKərimova Rəna Tanırverdi qızıQarayeva Fatma Heydar qızıQuliyeva Tahirə Ramiz qızıMehdiyeva Xuraman Məhiyəddin qızıMəcidova Fatma Məhəmməd qızıMədədova İltifat İbad qızıMəmmədov Allahverdi Nəsib oğluMəmmədova Amalya Mirzəbala qızıMəmmədova Gülüş Balagədə qızıMəmmədova Heyran Səməd qızıMəmmədova Nahidə Qaraca qızıMəmmədova Ruxsarə Çıraq qızıMəmmədova Tamella Cavid qızıMəmmədyarova Zərifə Orxan qızıMirizadə Gülşən Məmməd qızıMusayeva Zinyət Əsgər qızıMustafayev Ənvər Mustafa oğluMustafayeva Rahilə Əsgərxan qızıMustafayeva Yaqut Ömər qızıNamazova Sevda Fazil qızıNəbiyev Fikrət Nəbi oğluNəmətova Bəsdi Məhəmməd qızıRəhimov Salman Məmməd oğluSultanova İlhamə Qəribağa qızıŞabanova Pərixanım Hənifə qızıVəliyeva Güllər Xalid qızıYevtuşenko Olqa Aleksandrovna.