Ehtiyatsızlıqdan quyuya düşüb öldü

Ehtiyatsızlıqdan quyuya düşüb öldü

Astarada kişi sürüşərək quyuya düşüb və ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 25-də rayonun Ərçivan qəsəbəsində baş verib.

1963-cü il təvəllüdlü Əliağa Rəcəbov bədbəxt hadisə nəticəsində yaşadığı evin həyətyanı sahəsində dərinliyi 3,8 metr olan quyuya düşüb. Quyunun ətrafı palçıqlı olduğu üçün Ə.Rəcəbovun ayağı sürüşüb və yıxılaraq quyunun içinə düşüb.

Orada boğularaq ölüb.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər