“Ekologiya postu”nda dəhşətli hadisə - FOTO

“Ekologiya postu”nda dəhşətli hadisə - FOTO

Bakıda polis postunda 3 piyada vurulub.

Hadisə Bakı-Sumqayıt yolunda, Ekologiya postu”nda baş verib.

Postun düz qarşısında olan piyada keçidindən keçən şəxslər yüksək surətlə hərəkət edən 90NH362 nömrə nişanlı "Opel" markalı avtomobillə vurulub. Yaralılardan ikisi nisbətən yüngül xəsarət alıb. Rüfət Çobanov adlı şəxs isə ölümcül yaralanib.

Qəzadan sonra ərazidə böyük tıxac yaranıb.

Şahidlər bildirir ki, yaranan tıxac can üstündə olan piyadaya köməyə gələn təcili yardım avtomobilinin də hadisə yerinə çatmasına mane olub. Buna görə də yaralıYPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.

***

Məlum olub ki, vurulan şəxslər qohum olub. Ağır vəziyyətdə olan Rüfət Çobanovun qardaşıRufan Çobanov və əmisi oğlu Əfqan Eldarov isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs 1 saylı Xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb./BakuPost.az


Hadisə xəbərləri
7news.az digər xəbərlər