Əkrəm Əylisli barəsində cinayət işi qaldırıldı

Əkrəm Əylisli barəsində cinayət işi qaldırıldı

  Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb.   BAKU.WS-in məlumatına görə, bu bu barədə APA-ya Ə. Əylisli özü məlumat verib. Onun sözlərinə görə, bu gün oğlu İlyas Əylisli ifadə vermək üçün polisə çağırılıb: "İfadəsi alındıqdan sonra ona deyiblər ki, mənim barəmdə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Mən bu ittihamı qəbul etmirəm”.    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.   BAKU.WS
Hadisə xəbərləri
Baku.ws digər xəbərlər

Aprelin 1-dən nağdsız ödənişə keçilir - Pulumuzu necə alacağıq?

31-03-2019 10:40 - Baku.ws - İqtisadiyyat
Həmçinin qanuna əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: - vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;- "Sığorta fəaliyyəti haqqında” və "İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər; - dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; - stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; - faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; - dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); - təhsil haqlarının ödənilməsi və turagentlərə ödəmələr. İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, əmək haqqının plastik kartla ödənilməsinin zərərli tərəflərindən danışmağa dəyməz: "Ola bilsin ki, plastik kartların istifadəsilə bağlı müəyyən texniki problemlər yaşansın.