Ekspert: Azərbaycanda lama və dəvəquşu olmadığı üçün onlar qanunun predmeti ola bilməz

Ekspert: Azərbaycanda lama və dəvəquşu olmadığı üçün onlar qanunun predmeti ola bilməz

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda kənd təsərrüfatı əsas riskli sahələrdən biri olduğuna görə sığorta şirkətləri bu sahədə sığorta işinin təşkili ilə məşğul olmaq istəmirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən ekspert Zahid Abbasov deyib.

O bildirib ki, sığorta şirkətləri aqrar sahənin sığorta edilməsini özləri üçün riskli hesab edirlər.

Ekspert “Aqrar sığorta haqqında” qanunun hazırlanmasını çox müsbət dəyərləndirib: “Bu qanunun ən böyük üstünlüyü odur ki, aqrar sahədə olan risklərin hamısını dövlət öz üzərinə götürür. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli aqrar siyasətin yeni bir nümunəsidir. Gələcəkdə bu, qanunun işləməsinə imkan yaradır. Bu qanunun digər üstünlüyü odur ki, aqrar sığorta orqanının özü heç kimlə müqavilə bağlamır, idarəetmə qurumu yaradır. Bu qurum sığorta təşkilatlarını sığortalamaya cəlb edir, yəni vasitəçilik edir. Başqa sözlə, aqrar sığorta orqanı aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir”.

Z.Abbasov qeyd edib ki, idarəedici qurum Azərbaycanda qeyri-həyat sığortası üzrə fəaliyyətə lizensiyası olan hüquqi şəxslər tərəfindən yaradılır və fəaliyyət göstərir.

Ekspert qanunda bəzi çatışmazlıqların olduğunu da söyləyib. O əlavə edib ki, qanunda olmasa da, Dövlət Statistika Komitəsinin təlimatlarında kənd təsərrüfatı heyvanları təsnifatına nələrin daxil olduğu dəqiq şəkildə verilib: “Amma yeni qanunda lama və dəvəquşu aqrar sığortanın predmetlərinə daxil edilib. Azərbaycanda lama yoxdur. Kimsə onu gətirib burada saxlaya bilər, amma bu, o demək deyil ki, lama qanunun predmeti ola bilər. Dəvəquşunu da kimsə gətirərək Abşeronda saxlamışdı, amma iqlimə uyğun olmadığı üçün indi onlar da yoxdur. Buna görə də lama və dəvəquşu qanunda kənd təsərrüfatının predmeti ola bilməz”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Açar sözlər
Ilham Əliyev , Zahid Abbasov , Dövlət Statistika Komitəsi , Milli Məclisin Aqrar Siyasət Komitəsi , Azərbaycan , Bakı , Abşeron , Milli Məclis
İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Trend.az digər xəbərlər