Elbəy Babayev yaşayış binalarının tikintisində yaranan problemlərdən danışıb

 Elbəy Babayev yaşayış binalarının tikintisində yaranan problemlərdən danışıb

"Son illərdə Azərbaycanda inşaat sektorunun inkişafı nəticəsində çoxmənzilli yaşayış binalarının tikintisi geniş vüsət alıb. Bununla belə təcrübədə bu sahədə müəyyən sui-istifadə halları meydana çıxıb. Belə ki, maliyyə vəsaitinin tam şəkildə ödənilməməsi, sifarişçinin müflis olması nəticəsində və digər səbəblərdən tikintinin tam başa çatdırılmaması və bir mənzilin ayrı-ayrı şəxslərə satılması kimi xoşagəlməz faktlar mövcuddur".

Metbuat.az-ın məlumatına görə, bunu "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən dəyirmi masa zamanı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hüquq şöbəsinin baş məsləhətçisi Elbəy Babayev bildirib.

Onun sözlərinə görə, bu cür mövcud olan neqativ halların qarşısının alınması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 19 fevral 2019-cu il tarixində müvafiq fərman qəbul olunub:

"2019-cu ilin yanvarın 1-dək tikinti-quraşdırma işləri başa çatdırılmış və istismar edilən bütün çoxmənzilli yaşayış binalarının istismara icazə verilməsi proseduru müvafiq qaydada sadələşdirilib. Ümumiyyətlə həmişə sadələşdirmə proseduru istisna hal kimi yalnız 2019-cu ilə qədər tikintisi başa çatmış və artıq məskunlaşılmış çoxmənzilli yaşayış binalarına aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişikliklər isə sui-istifadə hallarının aradan qaldırılmasına və mənzil alıcılarının hüquqlarının müdafiəsinə yönəldilən və bu sahəni gələcəkdə davamlı olaraq tənzimləyən növbəti addımlardan biridir. Hesab edirik ki, həmin dəyişikliklər bu sahədə mövcud olan, o cümlədən də cinayət xarakterli problemin aradan qaldırılması istiqamətində vacib bir vasitə olacaq. Üzərində tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri daxil olan torpaq sahələri barədə təminat hüququ Respublikada ilk dəfə tətbiq olunduğuna görə, bu sahədə təbii ki, müəyyən anlaşılmazlıqların və tətbiqi ilə bağlı fikir ayrılıqları yaranıb.

Hazırda mövcud olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasında müvafiq qaydada tikintisinə icazə alınmış, tikinti mərhələsi dövlət nəzarətində keçirilmiş və tikintisi başa çatdıqda istismarına icazə alınmış yaşayış binalarında mövcud olan mənzillər üzərində dövlət tərəfindən hüquqi texniki qeydiyyat həyata keçirilə bilər. Tikinti edilən nəzarət zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti obyektlərinin, o cümlədən çoxmənzilli yaşayış binalarının tikintisinin Şəhərsalma tikinti idarələrinin normativ sənədlərinı və tikinti layihəsinə uyğun aparılması, inşaat yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə Şəhərsalma tikinti fəaliyyət subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. FHN tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində həyata keçirilən bütün tədbirlər, o cümlədən nəzarət aparılan tikinti obyektlərində tikinti-quraşdırma işlərinin cari vəziyyəti və mərhələsi elektron qaydada müvafiq informasiya sistemi vasitəsilə mütəmadi olaraq qeydiyyata alınır.

Gələcəkdə tikintinin hissəli ödəməsi ilə bağlı tikintinin hazırki mərhələsi müəyyən edilməsi və izlənməsi nöqteyi-nəzərindən adıçəkilən informasiya sistemindən də istifadə edilə bilər. Qeyd olunanları nəzərə alaraq alman ekspertləri tərəfindən hazırlanmış rəydən tikintinin hissəli olaraq hazır olmasına dair hər hansı yeni mexanizmin müəyyən edilməsinə ehtiyac olmaması ilə tam razıyıq. Mülki Məcəlləsinə əsasən təminat qeydinin əsas məqsədi insanların daşınmaz əmlaklarına, habelə tikintisi başa çatmayan mənzillərə dair hüquqların müdafiəsinin təmin edilməsidir.

Yeni mənzilin tikintisindən öncə onun dəyərinin tam ödənilməsi, habelə ipoteka kreditlərini ödəyən banklarına maraqlarına cavab vermir. Bu halda tikintinin dəyərinin hissə-hissə ödənilməsinə dair müfəssəl mexanizmin yaradılmasını daha məqsədəuyğun hesab edirik. Həmin mexanizmin yaradılmasından artıq qanunvericilikdə mövcud olan Mülki Məcəllənin 170-1-ci maddəsinin və Nazirlər Kabinetinin 2008-ci il qərarı ilə təsdiq Edilmiş Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin tamamlanmamış işlər üzrə ödənişlərin həyata keçirilməsinə yol verən tikinti işlərinin mərhələlərlə ödəniş şərtləri adlı normativ aktların tələbləri nəzərə alına bilər.

Eyni zamanda həmin mexanizmin yaradılması zamanı sifarişçi tikinti işlərinin vaxtlı-vaxtında tikinti materialları ilə təchizatı və müvafiq sərmayələrin maliyyə vəsaitini müntəzəm təmin etmək məqsədilə Mülki Məcəllədə nəzərdə tutulan ödəmələrin müvafiq tikinti mərhələlərində sonra deyil həmin mərhələdən öncə ödənməsi imkanları da nəzərə alınmalıdır. Bu zənnimcə həm sifarişçini, həm alıcını, həm də ipoteka ilə təmin edən bankın maraqlarını, tikinti işlərinin davamlı olaraq gedişatını və tikinti obyektinin vaxtında istismara verilməsini təmin etməlidir".

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər