Eldar Əzizov - "Liftlərin qiyməti açıqlanmalıdır"

 Eldar Əzizov -  "Liftlərin qiyməti açıqlanmalıdır"

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini “təmiz əllərlə” görməlidir.

İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.

Eldar Əzizov paytaxtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə məlumat verərək paytaxtdakı məhəllələrin təmir-abadaşdırılması işlərində çox fəal olduqları və böyük işlər gördükləri üçün Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbəri olduğu İDEA təşkilatına öz minnətdarlığını bildirib.

İcra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Heydər Əliyev , Eldar Əzizov , Ilham Əliyev , Leyla Əliyeva , Bakı Şəhər Icra Hakimiyyəti , Bakı Xəbərləri Class , Almaniya Xəbərləri Class , Almaniya Federativ Respublikası , Bakı , Korrupsiya
Siyasət xəbərləri
DNT analizinin aparılması qaydası müəyyənləşdi

DNT analizinin aparılması qaydası müəyyənləşdi

24-04-2019 16:49 - Yenisabah.az - Siyasət
Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər. Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür: - ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən; - şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən. Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür.
Metbuat.az digər xəbərlər