“Elə ölkələr var ki, orda hətta açıq havada siqaret çəkməyi qadağan edirlər...” - Ekspert...

“Elə ölkələr var ki, orda hətta açıq havada siqaret çəkməyi qadağan edirlər...” - Ekspert...

Bakı Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərləri ilə bağlı açıqlamasında taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xatırladıb ki, qanunvericiliyin tələbinə əsasə minik avtomobillərində tütün çəkilməsinə görə qanunvericilikdə qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur və hər bir sürücü buna riayət etməlidir. Etiraf edək ki, bu gün sərnişin olaraq ictimai nəqliyyatda bu cür hallarla tez-tez rastlaşırıq. İradlarımızın isə heç bir nəticəsi yoxdur.



Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, bu, qanun 2018-ci ildə qəbul olunub və insanlarımız səhhəti üçün çox faydalıdır:


“Taksi sürücləri üçün tütündən istifadənin zərərləriylə bağlı qanun 2018-ci ildə qəbul edilib, amma bu dəfə onun icrası və səlahiyyət məsələsi təzələndi. Əlbəttə qəbul edilən qərar təqdirəlayiqdir. Ötən il bu vaxt yaz sessiyasında tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunda dəyişiklik edildi və bildirildi ki, taksidə siqaret çəkmək qadağandır. Həmçinin İnzibati Xətallar məcəlləsinə əlavə edildi ki, taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, 40 manatdan əlli manatadək məbləğində cərimə oluna bilər. Bundan sonra məsuliyyətə cəlbetməni Dövlət Yol Polisi həyata keçirəcək.


Tütündən istifadənin məhdudlaşdırılması dünyanın hər yerində gündəlikdədir və elə ölkələr var ki, orda hətta açıq havada da siqaret çəkməyi qadağan ediblər. Bizdə isə məktəb, xəstəxana və s. yerlərdə siqaret çəkmək qadağandır. Çəkilən siqaretin tüstüsü, qapalı məkandırsa, həmin yerə və hətta öz üstümüzə də hopur. Ona görə də buna bir az məsuliyyətlə yanaşmaq lazımdır”.


Vasif Əlihüseyn

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər