Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

 Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

27 fevral 2019-cu ilin tarixində ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib.

Xeberler.az bildirir ki, tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.

Dövlət Agentliyinin sədrinin müşaviri, Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-Hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən İcra Qrupunun iş mexanizmi, qarşıya qoyulmuş hədəflər barədə məlumat verib.

Elektron Hökumət üzrə İcra Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininİnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi vəzifəsini icra edən Ağakərim Səmədzadə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək İcra Qrupunun yaradılmasının əhəmiyyətini, müəyyən olunmuş hədəflərin birgə əməkdaşlığı şərtləndirdiyini diqqətə çatdırıblar. Həmçinin İKT sahəsində əlaqələndirilmiş işin təşkilinin e-Hökumətin sürətli inkişafı üçün zəruri olduğu vurğulanıb və İcra Qrupuna bu sahədəki gələcək fəaliyyətində uğurlar arzulanıb.

“Elektron hökumət, yeniliklər, planlar” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov Elektron Hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə qonaqlara məlumat verib.

Görüş dövlət xidmətlərində istifadə olunan informasiyanın ilkin mənbəyinin müəyyən olunması sahəsində həyata keçirilmiş tədbirlər, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi və ölkənin mövqeyinin bu İndeks üzrə gücləndirilməsi istiqamətində atılmış addımlar, Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası sahəsində görülmüş işlər, habelə İcra qrupunun iş planı barədə müzakirələrlə davam etdirilib.

İqtisadiyyat xəbərləri
Prezident əhalinin kredit problemini həll etdi     — FƏRMAN

Prezident əhalinin kredit problemini həll etdi — FƏRMAN

28-02-2019 14:59 - Demokrat.az - İqtisadiyyat
Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.  Demokrat.az-ın məlumatına görə, fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.  Fərmanda bildirilir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Fərmanla aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Azərbaycan Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1.
Xeberler.az digər xəbərlər