Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur

Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur

Araşdırmaya görə, elektron siqaret istifadəçiləri ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkir

BAKI, 24 aprel — Sputnik. Harvard universitetinin alimləri müəyyən ediblər ki, elektron siqaretlər sağlamlığa ciddi zərər vura bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar 75 birdəfəlik siqaret və çəkmək üçün olan mayeləri test ediblər. Onların bir çoxunun tərkibində təhlükəli mikroorqanizmlər aşkar edilib.

Təhlil edilən məhsulların 81 faizində glükan (göbələk zəhəri) aşkar edilib. Bundan başqa, təhlillər zamanı antibiotiklərə müqavimətli olan endotoksin bakteriyalar müəyyən edilib.

Aşkar edilən zərərli maddələr iltihaba, astmaya və ağciyərlərin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.

Maraqlıdır ki, ən çox entodotksinlər meyvə ətirli siqaretlərdə aşkarlanıb.

Qlükan isə daha çox tütün və mentol tərkibli məhsullarda müəyyən edilib.

"Bununla yanaşı, kimyəvi maddələrlə nəfəs alan elektron siqaret istifadəçilərində bioloji çirklənmə də müşahidə edilə bilər" – deyə alimlər qeyd ediblər.

Xatırladaq ki, araşdırmaya görə, elektron siqaret istifadəçiləri ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkirlər.

Açar sözlər
Harvard Universiteti , Azərbaycan
İKT xəbərləri
“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır

“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır

25-04-2019 16:06 - 7news.az - İKT
Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran-Prisinin tamaşaçılarına təqdim edəcək.
Bundan əlavə, "Bakcell” özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə "Formula-1” yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.
Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq "Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan "Bakcell” şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb.
Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb.
Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq.
Sputnik.az digər xəbərlər