Ələt-Astara yolunda ağır qəza: 4 yaşlı uşaq ölüb - FOTO

Ələt-Astara yolunda ağır qəza:  4 yaşlı uşaq ölüb - FOTO

Ötən gün Ələt-Astara avtomobil yolunda ağır qəza baş verib.

Metbuat.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yolun Salyan rayon Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Əhlimanovlar ailəsinin olduğu "Oka" markalı "52-BF-103" dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.

Qəzada sürücü, 1985-ci il təvəllüdlü Səxavət Kəramət oğlu Rzayev sağ diz oynağının və sağ döş qəfəsinin əzilməsi, 1988-ci il təvəllüdlü Mayıl Babalar oğlu Əhlimanov sağ qabırğa sınıqları və onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Əliismayıl qızı Vəliyeva sağ gicgahın və sağ budun əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı 2015-ci il təvəllüdlü R.Əhlimanov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücü və A.Vəliyeva həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Səxavət Kəramət , Salyan Rayon Mərkəzi Xəstəxanası , Astara Xəbərləri Class , Salyan Xəbərləri Class , Astara , Salyan , Ələt , Xəsarət
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər