“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”

“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”

Azərbaycan Aşıqlar Birliyinin tənqid olunması və mediada bununla bağlı səsləndirilən fikirlərlə bağlı birliyin sədri Məhərrəm Qasımlıyla əlaqə saxladıq.


M.Qasımlı Moderator.az-a açıqlamasında Aşıqlar Birliyinin əleyhinə səsləndirilən fikirlərin cəfəngiyyat olduğunu bildirdi:


“Azərbaycan Aşıqlar Birliyinə qarşı səsləndirilən fikirlərdən xəbər var. Hamısı cəfəngiyyatdır. Onu yazanı da tanıyıram. Hələ bizim quruma ayrılan vəsaiti almamışıq, amma bunlar iddia edir ki, dövlət tərəfindən ayrılan 250 min manat hara xərclənib. Bunlar boş-boş söhbətlərdir. Televiziya vasitəsilə də həmin adamların cavabını verəcəm”.


Qeyd edək ki, Aynur Niyazova adlı xanım saytlarda Azərbaycan Aşıqlar Birliyinin əleyhinə fikirlər səsləndirib. O, Aşıqlar Birliyi haqqında bunları deyib: “Aprelin 19-da Filarmoniyada Aşıqlar Birliyinin təşkil etdiyi konsertinə getmişdim. Zalın üçdə biri qədər tamaşaçı ancaq var idi. Görün bu aşıq sənətini nə günə qoyublar ki, adamlar artıq konsertə də gəlmirlər. Çünki ifadələr o qədər sönük və maraqsız olur ki, adam dinləmək belə istəmir. Bir ay bundan qabaq Prezident Aşıqlar Birliyinə 250 min manat vəsait ayırdı. Görəsən, bu pullar hara xərclənib? Kimin cibinə gedib? Bu sənəti niyə bu günə salıblar? Niyə ustad aşıqlar kənarda qalır, ancaq tərəfkeşliklə naşı adamları səhnəyə çıxarırlar?”.


Vasif Əlihüseyn

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər