Əli Əhmədov: “Erməni soyqırımı” ilə bağlı canfəşanlıq göstərirlər


“Bəşəriyyət 100 ildir ki, erməni yalanı ilə üz-üzə dayanıb. Ermənilərin xüsusi yalanlar uydurmaq təcrübəsi var”.

Teleqraf.com xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov YAP-da keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, insanların kütləvi şəkildə qırılmasını gizlətmək mümkün deyil, çünki bunun məzarlığı və digər sübutları olmalıdır: “Emənilərin və onların havadarlarının soyqırım iddiaları təsdiqini tapmır. Ermənilər bu yalanlarla qardaş Türkiyəyə və ölkəmizə qarşı ərazi iddiaları qaldırırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu yalanlara qarşı qoyulan həqiqətlər unudulur. Ermənilər Bakıda, Şamaxıda, Quba soyqırımlar törədib, amma onların bu əməlləri layiqli cavabını almır. Ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyondan artıq insan yurd-yuvasından məcburi köçkün düşüb. İkili standartlar nəticəsində ermənilərin bu əməllərinə qiymət verilmir. Dağlıq Qarabağda milli-mənəvi, maddi sərvətlərimiz ermənilər tərəfindən talan edilir. Ermənilərin iddia etdiyi uydurma soyqırımı qətiyyətlə pislənilməlidir. Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərirlər, bu da təbii ki, ikili standartların nəticəsidir”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan ermənilərin törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində addımlar atır: “Bu məsələ ətrafında fikir ayrılığı ola bilməz, milli iradə olmalıdır. Türkiyə və Azərbaycan bu işləri birgə görür”.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər
Növbəti imtahanların vaxtı açıqlandı

Növbəti imtahanların vaxtı açıqlandı

24-04-2019 11:52 - Teleqraf.com - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.