Əli Həsənov: "Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Bu, aksiomadır".

Milli.Az

Siyasət xəbərləri

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

26-04-2019 15:33 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Milli.az digər xəbərlər