Əli İnsanov Qərb diplomatları ilə görüşdü — EKSKLÜZİV

Əli İnsanov Qərb diplomatları ilə görüşdü     — EKSKLÜZİV

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabiq nazirin ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ilə görüşləri olub. 


Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub. 


Qeyd edilib ki, Əli İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələri əhatə edəcək.


Bundan başqa, Əli İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, onu azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.


Zaur Hacılı
Demokrat.az

Siyasət xəbərləri
Demokrat.az digər xəbərlər

Füzulililər üçün zəfərlərlə dolu mothəşəm bir il — FOTOLAR

17-04-2019 11:57 - Demokrat.az - Siyasət
Ötən bir il ərzində Füzuli rayonundan olan 10638 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 3067900,49 manat subsidiya ödənilmiş, rayonun aztəminatlı ailələrindən olan 134 ailə özünüməşğulluq proqramına cəlb olunmuş, “DOST İŞ Mərkəzi” MMC və Məşğulluq Mərkəzi vasitəsilə 430 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə  mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunmuşdur.  Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinmişdir. Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 370 şəhidin 430 vərəsəsinə şamil olunmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 1000-ə yaxın füzulili məcburi köçkünün kreditlə bağlı narahatçılığına son qoyulmuşdur.  Prezident cənab İlham Əliyevin təkcə fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.  Əlbəttə, yuxarıda göstərilənlər Prezident cənab İlham Əliyevin son bir ildə Füzuli rayonuna, füzulililərə göstərdiyi diqqət və qayğısının kiçik bir hissəsidir.