“Əlibaba müəllimin tənqidlərindən heç kim incimir, çünki...”

“Əlibaba müəllimin tənqidlərindən heç kim incimir, çünki...”

“İştirakçılar yaxşı ifalar nümayiş etdirirlər və artıq hər ifaçının öz tamaşaçısı formalaşıb”


Bunu

Moderator.az-a açıqlamasında xalq artisti, münsiflər heyətinin üzvü Mənsum İbrahimov Yeddinci Muğam Televiziya Müsabiqəsi haqda danışarkən deyib. Xalq artisti müsabiqənin növbəti görüşlərinin rayonlarda keçiriləcəyini bildirib:


“Yeddinci Muğam Televiziya Müsabiqəsiylə bağlı vəziyyət çox yaxşıdır. Artıq altıncı həftəni geridə qoyduq. İştirakçılar arasında rəqabət bir az da yaxşı mənada qızışıb. Biz gələn həftədən “Nəsimi həftəsi” olduğu üçün rayonlara yola düşürük. İştirakçılar yaxşı ifalar nümayiş etdirirlər və artıq hər ifaçının öz tamaşaçısı formalaşıb. Növbəti həftənin ikinci günü bizim İsmayıllıdan canlı yayınımız olacaq. Dördüncü gün isə Şamaxı şəhərində olacağıq. Bunun ardınca da Gəncə və Ağdamda olacağıq. Məqsədimiz odur ki, bölgələrimizdə insanların içində olaq”.


Xalq artisti Əlibaba Məmmədovun müsabiqədə sərt tənqidlərinə də münasibət bildirib:


“Əlibaba müəllim bizim böyüyümüzdür və onun tənqidlərindən heç kim incimir, çünki o, bizim muğamımızın ağsaqqalıdır. Allah ona ömür versin, onun sözləri hamımıza lazımdır. Hər bir münsifin öz yanaşması var, amma nəticədə hamımızın fikri eyni olur. Altı Muğam Müsabiqəsindən seçdiyimiz uşaqlar artıq fəxri ad alıblar, xalqın sevmlisidirlər. Hər müsabiqədən 4-5 ifaçı çıxırsa, bu, normaldır. Çünki 20 nəfərin hamısı seçilə bilməz. Əslində onların hamısının gözəl səsi var, biz onları 400 nəfərin içindən seçmişik. Amma burda kim çox çalışırsa, təqabətə dözə bilirsə, o, irəli gedir. Bəzən görürsən ki, ən zəif ifa edən uşaq öz üzərində çalışaraq qalib olur”.


Vasif Əlihüseyn

Açar sözlər
Mənsum Ibrahimov , Əlibaba Məmmədov , Gəncə , Ismayıllı , Nəsimi , Ağdam , Şamaxı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər