Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi… –Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək


Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi… –Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır.

Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması ƏƏSMN və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertlərinin və Agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmələri üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq.

Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin və funksionallığın klassifikasiyası” standartları əsasında hazırlanıb/Report.

Açar sözlər
Səhiyyə Nazirliyi , Icbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi , Ümumdünya Səhiyyə Təşkilatı , Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Report 13 13 Class
İqtisadiyyat xəbərləri
Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

26-04-2019 22:33 - Yenisabah.az - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb. Bu barədə “Yeni Sabah”a Komitədən bildirilib. Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb. “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Strateq.az digər xəbərlər