Elina Hacıyevanın anasının müdafiəsinə 3 vəkil qoşuldu:"Anar Bağırov mənimlə görüşdü, söz verdi ki..."


Elina Hacıyevanın anasının müdafiəsinə 3 vəkil qoşuldu:"Anar Bağırov mənimlə görüşdü, söz verdi ki..."

Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

Bu barədə “Report”a S.Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla görüşüb. O, ictimaiyyətə müraciət edib: “Hörmətli media nümayəndələri və qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!

Elektron portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin Anar müəllim dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət etdi. Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti altında aparılacaq. O, vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə edir”.

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub: “Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm”.

Hadisə xəbərləri
Strateq.az digər xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

26-04-2019 15:33 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.