Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşuldu

Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşuldu

Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

Bu barədə "Report"a S.Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla görüşüb. O, ictimaiyyətə müraciət edib : "Hörmətli media nümayəndələri və qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!

Elektron portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin Anar müəllim dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət etdi. Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər - Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti altında aparılacaq. O vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə edir".

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub: "Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm".

Mədəniyyət xəbərləri
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

23-04-2019 19:20 - Milli.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Əvvəlki illərin məzunları imtahan verəcək

Əvvəlki illərin məzunları imtahan verəcək

23-04-2019 10:05 - Azvision.az - Mədəniyyət
Eyni zamanda aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Teleqraf.com digər xəbərlər