Elinanın anasından yazıçı Anara - İsmarıc

Elinanın anasından yazıçı Anara - İsmarıc

162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anarın fikirlərinə münasibət bildirib.

S.HüseynovaNews24.az-a açıqlamasında bunları deyib: "Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə, Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünmürəm ki, Anarın hər hansı çıxışı kiməsə, əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur. Kimsə günahkardısa, cəzasını alacaq. Çox adam söz deyə bilər, sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram, əgər o bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardısa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil”.

Qeyd edək ki, AYB sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub.

www.anews.az

loading...

Mədəniyyət xəbərləri
Anews.az digər xəbərlər
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.