Elman Rüstəmov: “Azərbaycanın pul nişanlarının müdafiə qabiliyyəti artırılır”

Elman Rüstəmov: “Azərbaycanın pul nişanlarının müdafiə qabiliyyəti artırılır”

Mərkəzi Bank dizaynı dəyişmədən dövriyyədə olan milli valyutaların modernizasiyası proqramını həyata keçirir. Burada başlıca məsələ pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasıdır. "Olaylar" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, bu istiqamətdə güclü texnoloji yeniliklər də var: "Bu, bizim 200 manatlıqda əksini tapıb, müasir müdafiə qabiliyyəti var. Azərbaycan bankomatlarının müdafiə səviyyəsi yüksəkdir. Saxtakarlıq göstəricisinə görə 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə, Rusiyada 130 minə 1 ədəd saxta pul düşür. Proses gedir, burada texniki problemlər çıxır. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. 8-10 ay ərzində adaptasiya gedir".

E.Rüstəmovun sözlərinə görə, ayının sonuna qədər bankomarlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək: "Bundan öncəki zamanlarda dövriyyədə yararsız pullar vardı. Amma hazırda yararsız pulları istifadəsinə qadağa qoymuşuq". E.Rustəmov qeyd edib ki, hazırda dövriyyədə 8,3 milyard manat pul var: "İri pul nominalları pul kütləsinin 90 faizini təşkil edir. Məlum olduğu kimi, pullar dövriyyədə çox işləndikcə köhnəlir. 1 il ərzində 20 manatlıqların 60 faizi, 1, 5, 10 manatlıqların isə 80 faizi köhnəlir". Sədrin sözlərinə görə, köhnəlmiş pullar Mərkəzi Bankda yenidən çeşidlənir, təmizlənir və ciddi sirətdə dezinfeksiya olunur" Həmin pullar xəzinədə optimal rejimdə saxlandıqdan sonra dövriyyəyə buraxılır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:52 - Report.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul(IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev(IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilib): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı–Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Olaylar.az digər xəbərlər